Bu ifadələri BMT Baş Katibinin Humanitar Məsələlır üzrı Müavini vəzifəsini icra edən Coys Msuya şəxsi “X” səhifəsində yayımlayıb. O bildirib ki, Qəzzanın şimalında yaşayan əhali ölüm təhlükəsiylə üz üzədir:
“Sığınacaqlar yandırılıb, ailələr dağılıb, kişiləri və oğlan uşaqlarını isə yük maşınına mindirib aparıblar. İnsanlıq əleyhinə olan bu davranışlara son qoymaq lazımdır” –Baş Katibin müavini əlavə edib.
O həmçinin İsrail Silahlı Qüvvələrinin Qəzzadakı tibb müəssisələrinin bombalanmağı, tibb işçilərinin saxlanılması, onların işinə maneəçilik törətməyini də vurğulayıb.