Rusiya Türkiyənin Ukraynaya silah tədarük etdiyi halda münaqişədə vasitəçi olmaq istəyinə “təəccüblənir” – “Hürriyyət” qəzetinə verdiyi müsahibədə Rusiya Federasiyası Xarici İşlər Naziri deyib.
Müsahibə zamanı Türkiyənin Ukraynaya silah tədarükündə iştirak etməyi mövzusuna toxunan Lavrov bu davranışın münaqişə tərəflərinin mümkün dialoqunu çətinləşdirməyə xidmət etdiyini vurğulayıb.
“Türk silahları Ukrayna ordusu tərəfindən Rusiya vətəndaşlarını və hərbi qulluqçularını öldürməkdə istifadə olunur. Bu hal Rəsmi Ankaranın münaqişənin həllində vasitəçi rolunu oynamaq niyyətinin fonunda bizdə təəccüb oyadır”-Nazir Əlavə edib.
Xatırladaq ki, Türkiyə Ukrayna-Rusiya silahlı münaqişəsi başlayan vaxtdan etibarən Ukraynaya həm hərbi, həm də humanitar yardım göstərir.
EDnews