Koreya Respublikasında baş verən hadisələr ABŞ-nin bu ölkənin ərazisində formalaşdırdığı siyasi sistemin tərkib hissəsidir.
EDnews “Gazeta.Ru”-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Diplomat xatırladıb ki, Koreya Respublikasının müasir tarixində elə bir prezident olmayıb ki, vəzifəsini normal şəkildə – həbsxanaya düşmədən və ya bundan da pis şəkildə tərk etməsin. Zaxarovanın sözlərinə görə, bu faktları öyrənəndə Şimali Koreyanın özünü qorumaq üçün niyə bu qədər çox tədbirlər gördüyü aydın olur”.