Fransanın Sabiq Prezidenti Nikolya Sarkozi 4 ay idi ki, ev həbsində idi. Ancaq növbəti məhkəməiclasında günahı sübut olunsa, onun "qolbaqları" həbsxana kostyumu ilə əvəz oluna bilər.
"EDnyus" xəbər verir ki, 1 ay ərzində təyin olunmalı olan növbəti iclasda Sarkozi əleyhinə səsləndirilən ittihamların ən ciddisinə qarşı müttəhimin iştirakı araşdırılacaq. Söhbət onun 2007-ci ildə Liviyanın eks Lideri Müəmmər Qəddafidən seçkidə qalib gəlmək üçün 50 Milyon dollar rüşvət almağı ittihamından gedir.
Qeyd edək ki, sözügedən ittiham üzrə Sarkozi günahkar bilinsə onu 8 ildən 10 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, Sarkozinin Liviya Liderindən rüşvət aldığı haqda şaiyələr hələ 2011-ci ildə yayılmağa başlamışdı.