30 000-dən çox tələbə Belqradın mərkəzində etiraz aksiyasına çıxıb.
“EDnews” xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Böyük küçə aksiyası martın 15-nə elan edilsə də, gənclər bir gün əvvəldən toplaşmağa başlamışdılar.
Nümayişçilər artıq Teraziye meydanı ətrafındakı küçələri doldurub və Serbiyanın digər bölgələrindən gələnləri gözləyirlər. Etirazçılar səs-küylü davranırlar - şüarlar səsləndirir, fit çalır və kütləvi etirazları dəstəkləməyənlər haqqında təhqiramiz ifadələr işlədirlər.
Serbiya DİN-in məlumatına görə, etiraz edən tələbələrin sayı artıq 31 000 nəfərə çatıb.