Roma Papası Fransisk bu gün, 21 aprel 2025-ci il tarixində, səhər saat 7:35-də Vatikan şəhərində vəfat edib.
“EDnews” xəbər verir ki , bu barədə Vatikanın kamerlengosu Kardinal Kevin Ferrell məlumat verib. O, Papa Fransiskin həyatını Tanrıya və Katolik Kilsəsinə xidmətə həsr etdiyini bildirib.
Papa Fransiskin vəfatı ilə onun pontifikat dövrü başa çatır və yeni papanın seçilməsi üçün prosedurlar başlanacaq. Əlavə olaraq, Papa Fransiskin öz istəyi ilə sadə taxta tabutda dəfn olunacağı və dəfn mərasiminin daha sadə şəkildə keçiriləcəyi planlaşdırılır. O, Vatikan ərazisindən kənarda, Romadakı Santa Maria Maggiore bazilikasında dəfn olunacaq.
Fatimə Mərdanlı // EDnews