Rusiyaya aid döyüş təyyarələri Suriyanın İdlib şəhərinin Serakib rayonunda xəstəxananı bombalayıb.
"Eurasia Diary" xəbər verir ki, rayonun mülki müdafiə rəsmisi Hazim Sileybi Rusiya təyyarəsinin İdlib şəhərinin şimal-şərqində yerləşən müxaliflərin nəzarətindəki Serakib rayonunda Şəfa Xəstəxanasına iki hava hücumu təşkil etdiyini bildirib.
Hücumda bir nəfərin yaralandığını dilə gətirən Sileybi qeyd edib ki, ruslar regionda yerləşən yeganə xəstəxananı bombalayıb. Bu xəstəxana rayon və ətraf kəndlərə xidmət göstərirdi. Hücumdan sonra xəstəxanaya böyük ziyan dəyib, istifadəsiz vəziyyətə düşüb.
Qeyd edək ki, Rusiya Suriyaya müdaxilə elədiyi 30 Sentyabrdan bu günə qədər İdlib, Hələb və Hamada hakimiyyət əleyhdarlarının nəzarətindəki bölgələrdə məktəb, xəstəxana və bazarları bombalayır.