Didərgin iraqlı ailələrin Ələnbar vilayətinin azad edilmiş məntəqələrində və Əlqiyarə şəhərindəki evləriniə geri dönmələri davam edir.
Əliraqiyyə xəbər agentliyinin məlumatına görə, didərgin ailələrin Ələnbar vilayətinin azad edilmiş məntəqələrindəki evlərinə qayıtmaları davam edir. Bu tədbir İraq dövlətinin planı əsasında həyata keçirilir. İraq dövləti didərginlərin müxtəlif şəhərlərdə yerləşən ev-eşiklərinə geri dönmələrinə səy göstərir. İraq dövləti bu əsasda məsul təşkilatlara didərginlərin öz şəhərlərinə geri dönmələrinə imkan yaratmağı tapşırıb. Ələnabar vilayəti didərginlərinin bir çoxu Bağdadın ətrafına sığınmışdı ki, hazırda Ələnbarda geniş məntəqələrin azad edilməsilə öz evinə geri dönməkdədir.
Öz evlərinə qayıdan iraqlılar onların şəhərlərində təhlükəsizliyin yaradılmasına görə, sevinc hissi keçirir və ümid edirlər ki, İraqın bütün şəhərləri İŞİD-in hökmranlığı altından azad ediləcək. İraqın təhlükəsizlik məmurları Ələnbar vilayətində yerləşən öz məntəqələrinə geri dönən ailələrin üzvlərinin adlarını qeydə alırlar ki, İŞİD üzvləri didərginlərin arasına soxulmasın və xalqın təhlükəsizliyini pozmasın.