Tanzaniyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Təbii fəlakət zamanı 203 nəfər xəsarət alıb.
Qeyd edək ki, dünən Tanzaniyada 5,7 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar yerli vaxtla saat 12:27-də qeydə alınıb.
Zəlzələnin episentri Nsunq yaşayış məntəqəsinin 23 kilometrliyində, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.