Avstraliya Nəqliyyat Naziri Darren Chester İyunda Tanzaniyanın Pemba Adasında tapılan dəmir parçalarının 2014-cü ildə radarlardan itən Malayziya təyyarəsi MH370-in qanadına aid olduğunun dəqiqləşdiyini bildirib.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin qalıqlarının axtarışı ilə bağlı tədqiqatlar davam edir.
Xatırladaq ki, 2014-cü ilin 8 martında Malayziyanın paytaxtı Kuala Lumpurdan Pekinə gedən göyərtəsində 227 sərnişin və 12 nəfərlik ekipajı olan Malayziya Hava Yollarına aid MH370 saylı təyyarənin izini tapmaq mümkün olmayıb. Radarlardan itən təyyarənin Cənubi Hind okeanına düşməsi ehtimal edilərək həmin ərazilərdə ciddi axtarışlar gedir.
Malayziya, Çin və Avstraliyalı rəsmilər iyul ayında verdikləri açıqlamada bildiriblər ki, hazırda 120 min kvadrat kilometrlik bir sahədə davam edən axtarışlar nəticə verməsə, tədqiqat başqa ərazilərdə aparılmayacaq.