Bu gün Nyu-Yorkda BMT-nin keçiriləcək iclasında dünyanın fərqli ölkələrindən olan 65 milyon qaçqının və miqrantların problemləri müzakirə ediləcək.
"Eurasia Diary" xəbər verir ki, BMT-nin 71-ci sessiyasında yeni baş katibi seçiləcək. Yeni baş katib 2017-ci il yanvarın 1-dən etibarən Pan Gi Munu əvəzləyəcək. Sessiyanın gündəliyinə 170 məsələ daxil edilib. Buraya Afrika ölkələrinin inkişafı, humanitar yardım, beynəlxalq hüququn inkişafı, Yaxın Şərqdə vəziyyət, beynəlxalq sülh və təhlükəsizlik, Fələstin, Əfqanıstan məsələsi və digər mövzular daxildir.
Sessiya zamanı ilk dəfə olaraq qaçqınlar və miqrantlarla bağlı məsələlər müzakirəyə çıxarılacaq.