Mina faciəsindən bir il keçdikdən sonra, Səudiyyə Ərəbistanı bu faciədə həyatını itirənlər ilə əlaqədar bütün informasiyaları məhv edib.
İSNA-nın verdiyi məlumata görə, Mina faciəsində həlak olan 7480 zəvvar ilə əlaqədar bütün məlumatlar Səudiyyə Ərəbistanının səhiyyə nazirliyinin veb səhifəsindən silinib.
Səudiyyə Ərəbistanının səhiyyə nazirliyi bu ölkənin bütün mediaları informasiya blokadasında olarkən, dövlətin Mina faciəsində ölənlərin sayını 769 nəfər elan etdiyi vaxt, bu rəqəmin 4173 nəfər olduğunu bildirmişdi.
İran rəsmiləri isə Səudiyyə Ərəbistanında cənazələrin saxlanıldığı morqlardan baxış keçirərək, Mina faciəsində ölənlərin sayının 7 min nəfərdən çox olduğunu bildiriblər.