ABŞ-da irqçilik əleyhinə olan sakinlər Şarlotta şəhərində aksiya keçirərək 43 yaşlı qaradərili Kit Lamont Skotta atəş açan polis məmurunun cəzalandırılmasını tələb ediblər.
43 yaşlı Skot çərşənbə axşamı günü öz avtomobilində oturduğu halda polis məmurunun atəşinə tuş gəlib və həlak olub.
Polisin bildirdiyinə görə, atəş açan zabit Skota təhlükəli olduğuna görə atəş açıb. Skotun yaxınları isə bildiriblər ki, polisin atəş açdığı zaman onun silahı olmayıb və yanında yalnız bir kitab olub. Mediada yayımlanan kadrlar da bunu sübut edir.
Qeyd edək ki, ötən bir neçə ayda polis məmurlarının atəş açması nəticəsində qaradərili amerikalıların ölüm hallarına qarşı etirazlar artmışdır.