Amerikanın Kaliforniya ştatının El-Kaxon şəhərində qaradərili kişi polis əməkdaşları tərəfindən güllələnərək yaralanıb. Polis bir nəfərin özünü qəribə aparması səbəbindən ona yaxınlaşıb.
Şahidlərin sözlərinə görə, polis şübhəli şəxsdən əllərini yuxarı qaldırmağı xahiş edib, lakin kişi polisin tələbini yerinə yetirməyib, ardınca polis bir neçə dəfə atəş açıb.
Ehtimal ki, o, əllərini qurşaq səviyyəsində saxlayıb. Onun yanında bacısı olub və qardaşından polislə əməkdaşlıq etməyi xahiş edib.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, onun vəziyyəti barədə məlumat yoxdur.