Türkiyənin İzmir vilayətində Fəthullah Gülənin qardaşı Kutbettin Gülən saxlanılıb.
O, Fəthullah Gülən hərəkatının fəaliyyətində iştirakda təqsirləndirilir.
Anadolu xəbər agentliyinin məlumatına görə, Kutbettin Gülən "silahlı terror təşkilatının üzvü olmaq"da ittiham olunur.
Kutbettin Türkiyədə hərbi çevriliş cəhdindən sonra Fətullh Gülənin saxlanılan ilk qardaşıdır.
İyul ayında Türkiyə rəsmiləri Ərzurum şəhərində Gülənin qardaşı oğlu Məhəmməd Sait Güləni saxlamışdı. Digər qardaşı oğlu Əhməd Ramiz Gülən isə avqust ayında Qaziantep şəhərində nəzarət altına alıb.
Fəthullah Gülən 1999-cu ildən bəri ABŞ-da yaşayır və o, iyul ayının 15-də hərbi çevriliş cəhdinin təşkilində ittiham olunur.