İraqın paytaxtı Bağdadda baş vermiş iki partlayış nəticəsində 10 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
Partlayışın biri bazarda terrorçu-kamikadze tərəfindən törədilib, 6 nəfər ölüb, 16 nəfər yaralanıb.
Digər terror aktı taksi dayanacağında qeydə alınıb. Partlayış 4 nəfərin həyatına son qoyub, 18 nəfər yaralanıb.
Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.