BMT-nin yeni baş katibinin adı məlum olub.
BMT Təhlükəsizlik Şurasının üzvləri Portuqaliyanın keçmiş baş naziri Antoniu Quttereşin namizədliyinin dəstəklənməsi məsələsində razılığa gəliblər.
Beləliklə, oktyabrın 6-da baş tutacaq seçkidə Antoniu Quttereş BMT baş katibi postuna əsas namizəddir.
BMT-nin yeni baş katibi işinə 2017-ci il yanvarın 1-də başlayacaq.
Qeyd edək ki, A.Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 1999-2005-ci illərdə "Sosialist İnternasional"ın sədri olub, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarlığında işləyib.
BMT Təhlükəsizlik Şurasında veto hüququ olan beş ölkədən heç biri sayca altıncı gizli səsvermədə Antoniu Quterreşin namizədliyinə qarşı çıxmayıb.
BMT-nin baş katibi Təhlükəsizlik Şurasının tövsiyyəsi ilə Baş Assambleya tərəfindən seçilir. Bu zaman yalnız qeyri-formal müzakirələr və reytinq səsverməsi keçirilir. Qəbul olunmuş təcrübəyə görə, BMT-nin baş katibi Təhlükəsizlik Şurasına daimi üzv olan ölkələrdən seçilmir.
Baş katib beş il müddətinə seçilir və yenidən seçilmək hüququ var. Baş katiblərə təkrar seçilmək üçün heç bir formal məhdudiyyət yoxdur. Lakin indiyədək iki müddətdən artıq seçilən baş katib olmayıb.
BMT-nin baş katibi vəzifəsinə Sloveniyanın keçmiş prezidenti Danilo Türk də iddia edir. Lakin keçirilən səsvermələrdə Antoniu Quterreş rəqibini kəskin qabaqlayıb.
Hazırkı baş katib Pan Gi Munun ikinci səlahiyyət müddəti gələn il yanvarın 1-də başa çatır.