Yəmən paytaxtı Sananın meri Əbdülqadir Hilal ərəb koalisiyasının yas mərasiminə endirdiyi zərbə nəticəsində ölüb. "Eurasia Diary" xəbər verir ki, bu barədə məlumatı “The New York Times” yayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtında yas mərasiminə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.
Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla mübarizədə Yəmən hökumətinə dəstək verir.