"Eurasia Diary" - nin Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamaya istinadən verdiyi məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Qeyd edək ki, söhbət zamanı Donbasdakı vəziyyət müzakirə edilib.
“Poroşenko və Bayden Minsk razılaşmalarının tam şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər həmçinin Ukraynada həyata keçirilən islahatlara toxunublar”, deyə məlumatda bildirilib.