"Eurasia Diary" - nin "Reuters"ə istinadən verdiyi məlumata görə, Tayland kralı Bhumibol Adulyadej vəfat etdi.
Son bir neçə il ərzində hökmdar vaxtının çoxunu xəstəxanada keçirib. Ötən həftə onun qızı - şahzadə Çulabhorn milli telekanalın efirində atasının sağlamlığının qaydasında olmadığını bildirmiş və xəstələrə şəfa dilənməsi üzrə buddist dua mərasimində iştirak etmişdi.
Xatırladaq ki, B.Adulyadej 1946-cı ildən Tailanda rəhbərlik edib.