"Eurasia Diary" -nin RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca bəyanat qəbul etməyəcəklər, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Xatırladaq ki, bu gün Ermənistan KTMT-yə üzv ölkələrin dövlət başçılarının toplantısı keçirilir. Qeyd edək ki, toplantıda Rusiya prezidenti Vladimir Putin də iştirak edir.