Oktyabrın 15-də, Lozanna şəhərində keçiriləcək Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi iştirak edəcək.
İclasda Suriyada baş verənlər, Hələbdəki vəziyyət haqqında müzakirələr aparılacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner rəsmi Vaşinqtonun İran nümayəndə heyətinin Lozannada keçiriləcək Suriya ilə bağlı görüşdə iştirakında maraqlı olduğunu deyib.
"Biz İranın iştirakında maraqlıyıq, lakin əmin deyiləm ki, İran tərəfi görüşdə iştirakını təsdiqləyib”, deyə M.Toner bildirib.