Bağdadda terrorçu-kamikadzenin insan izdihamı yaşanan yerdə özünü partlatması nəticəsində 31 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
Verilən məlumata görə, partlayış yerli sakinlərin Məhərrəm ayındakı faciə ilə əlaqədar tədbir keçirdikləri çadırın içərisində törədilib.
Çadır İraq paytaxtının şimalında yerləşən Şaab rayonundakı bazarda yerləşib.