İŞİD terror qruplaşması Bağdadda törədilən terror hücumuna görə, məsuliyyəti üzərinə götürüb.
Terror qruplaşması bəyanat yayaraq terrorçu-kamikadzenin törətdiyi partlayışda ölən və yaralananların ümumi sayının 100 nəfər olduğunu bildirib.
Rəsmi məlumata görə isə məhərrəm ayı ilə əlaqədar matəm mərasimində törədilən terror aktı nəticəsində 31 nəfər həlak olub, 65 nəfər yaralanıb.
Qeyd edək ki, hadisə İraq paytaxtının şimalında yerləşən Şaab rayonunda baş verib.