"Eurasia Diary" - nin "Reuters"ə istinadən xəbər verdiyi xəbərə görə, "Haitidə "Mettyu" qasırğası kənd təsərrufatı məhsullarının 80 faizini məhv edib". Bu barədə BMT-nin inkişaf proqramının Haitidəki əlaqələndiricisi İvonn Hell bildirib.
Qeyd edilib ki, "bu fəlakətdir və faktiki olaraq, yarım ildən sonra Haitini aclığın gözləyəcəyi deməkdir".
Belə ki, BMT-nin məlumatına görə, qasırğa çəltik, çovdar və paxlalı bitki sahələrini məhv edib. İnformasiyada bildirilib ki, ölkənin əsas ixrac məhsulları sayılan kakao, qəhvə bitkiləri və meyvə ağaclarına da ziyan dəyib.
Qeyd edək ki, BMT-nin hesabatında vurğulanıb ki, məhsul çatışmazlığı yüz mindən çox uşağın ac qalması ilə nəticələnə bilər.