"Eurasia Diary" - nin RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, Pakistanda ağır yol qəzası baş verib.
İnformasiaya görə, iki avtobusun toqquşması nəticəsində 26 nəfər ölüb, 66 nəfər xəsarət alıb.
Hadisə Pakistanın Pəncab əyalətində qeydə alınıb. Xəsarət alan sərnişinlər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, Pakistan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ölkədə hər il 9 min yol qəzası baş verir ki, bunun nəticəsində də orta hesabla 5 minədək insan həyatını itirir.