"Eurasia Diary" "İnterfax" agentliyinə istinadən məlumat verir ki, Braziliyada həbsxanada baş verən toqquşma nəticəsində 25 nəfər ölüb.
Hadisə Braziliyanın şimalında yerləşən Rorayma ştatındakı həbsxanada iki qruplaşma arasında baş verib, qruplaşma tərəfləri bıçaq və ağac dəyənəklərdən istifadə ediblər.
Qeyd edək ki, Rorayma ştatının ədliyyə nazirinin bildirdiyinə görə, insident qohumların dustaqlara baş çəkməsi zamanı baş verib. Həbsxananı ziyarət edənlərdən təxminən yüz nəfər bir müddət girovluqda qalıb.
Toqquşmanın qarşının alınması üçün həbsxanaya xüsusi təyinatlılar yeridilib, insidentin qarşısı alınıb.