"Eurasiya diary" xəbər verir ki, CBS telekanalı məlumat verib ki, ABŞ-ın Şimali Karolina ştatında naməlum şəxslər Respublikaçılar partiyasının qərargahına od vuraraq yandırıblar.
İnsident Hillsboro şəhərində qeydə alınıb. Bildirilir ki, naməlum vandallar binanın divarlarına svastika çəkib, təhdid dolu yazılar yazıblar.
Qeyd edək ki, hazırda hadisə yerinə polis cəlb edilib. Araşdırma aparılır.