"Eurasia Diary" TASS agentliyinə istinadən məlumat verir ki, Pakistanda Kəraçi şəhərində, məscidin qarşısında partlayış törədilib, nəticədə 3 nəfər ölüb, onlarla insan yaralanıb.
Bildirilir ki, naməlum şəxs məsciddən çıxan zəvvarlara tərəf qumbara atıb. Ölənlərdən 1-in qadın, 2-nin isə uşaq olduğu bildirilir.
Qeyd edək ki, hələlik, heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.