"Eurasia Diary" TASS agentliyinə istinadən məlumat verir ki, ABŞ-ın Sinsinatti şəhərində (Ohayo ştatı) universitetdə silahlı insident olub. Hadisə naməlum qaradərili kişinin tələbə şəhərciyinin ərazisində atəş açması ilə baş verib.
Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur. Hələlik, atəş açan şəxsin polis tərəfindən tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.