Məlumata görə, ABŞ-ın Kaliforniya ştatında klinikalardan birinin ərazisində əldəqayırma bomba partladılıb.
Belə ki, oktyabrın 18-də Oklend dairəsində yerləşən klinikada kişi əlil kreslosunda əldəqayırma bombanı işə salaraq özünü partladıb.
Hadisə yeri yoxlanılıb, lakin ərazidə başqa partlayıcı qurğu aşkarlanmayıb.
Hələlik, araşdırma aparılır, Polis intihar versiyasını araşdırır.