İndoneziyanın prezidenti Joko Widodo İndoneziyayada pedofiliya probleminə yeni kimyəvi axtalama siyasəti ilə son qoyula biləcəyini deyib.
"Eurasia Diary" xəbər verir ki, o, belə cinsi cinayətlərə qarşı kompromisin olmayacağını bildirib.
Uşaqbazların kimyəvi axtalanmasına icazə verən mübahisəli qanun layihəsi bu ay təklif edilib və parlamentdə müzakirəyə çıxarılmalıdır.
İndoneziya Həkimlər Assosiasiyası isə axtalanmanın tibbi etikanı pozduğunu və onun üzvlərinin bu prosesə cəlb olunmayacağını dilə gətirib.
Kimyəvi axtalama orqanların kəsilməsi demək deyil, cinsi həvəsi və libidonu azaldan dərmanlardan istifadə etmək yolu ilə aparılır.