Daşkənddə Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamələr qəbul olunub

Dünya 17:11 19.10.2016
Daşkənd şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamələr qəbul olunub.
 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, qətnamədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal edilməsindən, bu işğalın davam etməsi və Azərbaycan ərazilərinin birtərəfli qaydada fiziki, demoqrafık, iqtisadi, sosial və mədəni xarakterinin, eləcə də institusional strukturu və statusunun Ermənistan Respublikası tərəfindən dəyişdirilməsindən, habelə işğal olunmuş Azərbaycan ərazilərində ictimai və şəxsi mülkiyyətin məhv, talan edilməsi və mənimsənilməsindən, o cümlədən sözügedən ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı, bu sərvətlərdən hazırlanmış məhsulların qanunsuz ticarətindən ciddi və dərin narahatlıq ifadə edilib.
 
Qətnamədə işğal olunmuş Azərbaycan ərazilərində mədəni mülkiyyətin itkisi, məhvi, çıxarılması, talan edilməsi, qanunsuz daşınması və mənimsənilməsi vandalizm aktı kimi qeyd olunub. Təşkilata üzv dövlətlər Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onların acınacaqlı halından dərin təəssüf hissi keçirdiklərini bildirib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə icra edilməsinə riayət olunmasına çağırış ediblər.
 
İƏT-ə üzv dövlətlər bir daha Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə ediblər.
 
Qətnamədə həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş hərəkətlər və insanlıq əleyhinə cinayətlərdən, o cümlədən işğal olunmuş ərazilərdə arxeoloji, mədəni və dini abidələrin qarət edilməsi və məhvindən ciddi narahatlıq ifadə olunub. Tələb olunub ki, Ermənistan silahlı qüvvələri BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılsın.
 
Sənəddə Ermənistanın təcavüzkar kimi tanınması və təşkilatın nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq, lazımı tədbirlərin görülməsi üçün BMT TŞ-ə çağırış edilib. Eləcə də üzv dövlətlərdən xahiş olunub ki, silah və hərbi avadanlığın Ermənistana ötürülməsi üçün öz ərazilərindən tranzit kimi istifadəyə imkan verməsinlər.
 
Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri, BMT TŞ-nin müvafiq qətnamələri, eləcə də ATƏT-in sənəd və qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğu qeyd olunub.
 
Qərara alınıb ki, üzv dövlətlərin BMT-dəki Daimi missiyaları BMT Baş Assambleyasında səsvermələr zamanı Azərbaycanın ərazi bütövlüyünə tam dəstək versinlər.  “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilib və bu irsin Ermənistan tərəfindən dağıdılması kəskin tənqid edilib.
 
Bu kimi əməlləri ilə Ermənistanın silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa konvensiyası və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunub.
 
Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrinin qəti şəkildə və qeyd-şərtsiz icra edilməsi tələb olunub.
 
Ermənistandan tələb olunub ki, beynəlxalq turizm sərgiləri və tədbirlərdə Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsin özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoysun.
 
Daşkənddə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-ci toplantısında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.
 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Hamısı