"Eurasia Diary" RİA Novosti agentliyinə istinadən məlumat verir ki, Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 3 nəfər sağ qalıb.
Belə ki, insident Yamal-Nenetsk Muxtar Dairəsinin ərazisində baş verib.
Hələlik, Mİ-8 tipli helikopterin qəzaya uğramasının səbəbləri məlum deyil.
Qeyd edək ki, “Qəzanın baş verdiyi yer aşkarlanıb. İlkin məlumata görə, 19 nəfər ölüb, 3 nəfər sağ qalıb. Hadisə yerinə xilasedicilər cəlb edilib. Helikopterin “qara qutusu” axtarılır”, bu barədə Rusiya FHN-dəki mənbə bildirib.