Pakistanın cənub-qərbindəki Bəlucistan vilayətinin Kvett şəhərində bir qrup silahlının polis kollecinə hücumu zamanı ölənlərin sayı 59 nəfərə çatıb.
"Eurasia Diary" xəbər verir ki, əməliyyat zamanı bir neçə terrorçu məhv edilib və 250 nəfərdən çox polis kursantı silahlı şəxslərdən xilas edilib.
Hərbçilər hücum edənlərin "Taliban" hərəkatına məxsus qruplaşmanın üzvləri olduğunu bildirblər.