Uruqvayın keçmiş prezidenti Xorxe Batle 88 yaşında dünyasını dəyişib.
"Eurasia Diary" xəbər verir ki, oktyabrın 13-də keçmiş prezident huşunu itirib və xəstəxanaya yerləşdirilib.
Sağ mərkəzçi "Kolorado" partiyasından olan Batle 2000-2005-ci ildə prezident postunu tutub. 2002-ci ildə onun təşəbbüsü ilə Uruqvayla Kuba arasındakı diplomatik münasibətlər pozulub. Bundan başqa, Cənubi Amerikanın bu ölkəsində ən böyük bank böhranı da 2002-ci ilə - Batlenin prezidentliyi dövrünə təsadüf edir.