"Eurasia Diary" - nin TASS-a istinadən veridiyi xəbərə görə, Filippində nəşr edilən "Gulfnews" qəzeti məlumat verir ki, Filippinin Mindanao adasında yerləşən şəhərlərindən birinin meri və onun yaxın ətrafından olan 9 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə polis əməkdaşları ilə atışmada öldürülüb.
Bildirilir ki, , hadisə Kotabato əyalətində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, merin başçılıq etdiyi silahlı şəxslər üç avtomobildə hərəkət edərək polis nəzarət-buraxılış məntəqəsini atəşə tutub.
Xatırladaq ki, yeni prezident Rodriqo Dutertenin hakimiyyətə gəlməsi ilə Filippində narkotik alverinə qarşı genişmiqyaslı güc kampaniyası başlayıb.