ABŞ-ın Vaşinqton şəhərində bir qadın və onun sevgilisi uşaqları yatızdırmaq üçün onlara heroin verib. Bu haqda polis məlumat yayıb.
Aşli Hat və Mak Leroy Maklverin yaşları 6, 4 və 2 olan üç uşaqla birgə narkotik üçün istifadə edilən iynələr və heroin tapılan evdə yaşadıqları bildirilir.
Bazar ertəsi məhkəmədə Hata qarşı uşaqların həyatını təhlükə altına qoymaq ittihamı irəli sürülüb, Maklverə qarşı da oxşar ittihamlar təqdim olunub.
Məlumatlarda deyilir ki, ötən noyabr ayında uşaqlar cütlüyün əlindən alınıb. Cütlük onlara qarşı ittihamları rədd edib.
"Uşaqlar iyrənc şəraitdə yaşayırdı. Heroin olmasa da, yaşama şəraitləri də yaxşı deyildi", polisin sözçüsü Ed Troyer "Washington Post" qəzetinə belə deyib.
Məhkəmə sənədlərinə görə, 6 yaşlı uşaq cütlüyün ona "özünü yaxşı hiss etməsi üçün dərman" verdiyini deyib.
O dərmanı "su ilə qarışdırılan və inyeksiya edilən maddə" kimi təsvir edib. Uşaq həmçinin bildirib ki, maddə inyeksiya edildikdən sonra uşaqlar yuxuya gedib.
Uşaqların ikisinin qanında narkotik və inyeksiya edilən heroinin tapıldığı təsbit edilib. Hutt və Mclver heroin istifadəçisi olduqlarını qəbul edib.