Samsung şirkəti ABŞ bazarından 2,8 milyon paltaryuyan maşını geri çağırıb.
"Eurasia Diary" xəbər verir ki, Amerikanın istehlak malları üzrə Təhlükəsizlik Komissiyası qapağı üstdən açılan 34 modeldə ciddi qüsurlar aşkarlandığını bəyan edib. Reuters xəbərinə görə, 9 halda istehlakçılar xəsarət aldıqlarını bildiriblər. Qəflətən açılan qapaq bir nəfərin çənəsini sındırıb.
Ümumilikdə isə bu paltaryuyan maşınlarla bağlı şirkətə 733 şikayət daxil olub.