ABŞ-ın eks-prezidenti Bill Klintonun fondu ad günü münasibəti ilə Qətərdən milyon dollar məbləğində hədiyyə qəbul etdiklərini təsdiqləyib.
“Eurasia Diary” xarici KİV-ə istinadən xəbər verir ki, 2011-ci ildə Qətərdən olan məmurlar təşkilata milyon dollar veriblər. O zaman dövlət departamentinin rəhbəri vəzifəsinə təyin olunan Hilari Klinton qurumu böyük ianələrlə bağlı məlumatlandırmalı olsa da, o, bu qaydanı pozub.
Qətər məmurları çeki şəxsən Bill Klintona təqdim etmək istəsələr də, sonda vəsaiti fond alıb. Lakin Klintonun Qətər nümayəndələri ilə görüşüb-görüşməməsi bəlli deyil.