Kipr adasının birləşərsə Kiprin idarə etməsi yunan və türk icmalarının növbəli sədrliyi prinsipinə əsasən həyata keçirilməlidir
Kipr probleminin nizama salınmasının əsas elementlərindən biri də budur.
"Eurasia Diary" Anadolu agentliyinə istinadən xəbər verir ki, bu gün Kipr üzrə danışıqların növbəti raundu İsveçrənin Mont-Pereline şəhərində aparılacaq.
Türk-Kipr sakinlərinin lideri Mustafa Akıncı bildirib ki, növbəli sədrlik haqqında məsələ Türk-Kipr sakinlərinin siyasi hüquq bərabərliyini təmin edən əsas elementlərdən biridir. "Bu məsələdə hələ son razılığa nail olunmayıb, amma nizama salınmalıdır. Əgər nizamnaməyə növbəli sədrlik haqqında bənd daxil edilməyəcəksə, Türk-Kipr sakinləri müqavilənin mətnini qəbul etməyəcəklər. Biz bu məsələdə mövqeyi aydın göstərdik".
O, qeyd edib ki, Kipr probleminin nizama salmasından sonra Şimali Kipr sakinləri yaşadığı yerdən və mənşəyindən asılı olmayaraq Avropa Birliyi vətəndaşı olmalıdır.