BMT-nin yeni seçilmiş baş katibi Antoniu Qutterreş bu gün Moskvaya səfər edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Səfər çərçivəsində A. Quterreş Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
“Rusiya dövlət başçısı ilə görüşdə beynəlxalq məsələlərdə BMT-nin mərkəzi əlaqələndirici rolunun gücləndirilməsi, təşkilatın terrorla mübarizədə fəaliyyətinin səmərəliliyinin artırılması və Suriyadakı vəziyyət müzakirə ediləcək. Rusiya XİN rəhbəri ilə danışıqlarda regional konfliktlərin həlli, BMT-nin səmərəliliyinin təkmilləşdirilməsi və islahatlar perspektivlərinə dair fikir mübadiləsi aparılacaq”, məlumatda deyilir.
BMT-nin yeni seçilmiş baş katibi, Portuqaliyanın keçmiş baş naziri Antoniu Quterreş səlahiyyətlərinin icrasına yanvarın 1-də başlayacaq.