ABŞ-da "Şükran Günü (Thanksgiving Day)" çərçivəsində ənənəvi olaraq yeyilən hind toyuqlarının builki ümumi dəyərinin 1 milyard dollardan artıq olması gözlənilir.
"Eurasia Diary" Anadoluya istinadən xəbər verir ki, 24 noyabrda başlayan Minnətdarlıq Günü 27 Noyabr-Bazar günü başa çatacaq. Əhalisi 324 milyon olan ABŞ-da təxminən 275 milyon nəfərin, yəni ABŞ əhalisinin 85 faizinin Minnətdarlıq Günündə hind toyuğu yeməsi gözlənilir.
Amerikan Ferma Bürosu Federasiyası (AFBF) bu il 7,25 kiloqram ağırlığındakı hind toyuğunun orta hesabla qiymətinin 22,74 dollar olduğunu bildirib. AFBF bundan başqa, 10 nəfərlik bir Minnətdarlıq Günü masasının ümumi dəyərinin orta hesabla 49,87 dollar olmasını nəzərdə tutur.
Minnətdarlıq Günü münasibətilə bu il təxminən 45 milyon hindinin satılması, satın alınan hindilərə də cəmi 1 milyard 23 milyon dollar məbləğində olacağı gözlənilir.