Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov Türkmənistan-Əfqanıstan-Tacikistan Dəmir Yolu Xəttinin ilk hissəsini xidmətə təqdim etməkdən xoşbəxtlik duyduqlarını bildirərək, "Böyük İpək Yolu yenidən qurulur. Bu kəmər təkcə iki ölkə üçün deyil, Asiya, Avropa və qonşu ölkələrin böyüməsinə dəstək olacaq"-deyib.
Türkmənistan-Əfqanıstan-Tacikistan Dəmir Yolu Xəttinin 88 kilometrlik ilk hissəsi İmamnazar Sərhəd Qapısında Berdimuhamedovun iştirak etdiyi mərasimdə xidmətə verilib.
Berdimuhamedov mərasimdə çıxış edərək bildirib ki, nəqliyyat sektorunun davamlı inkişafı əsas məsələlərdən biridir. İnkişaf edən və dəyişən dünya iqtisadiyyatı ilə regional iqtisadi inteqrasiya prosesini nəzərə aldıqda nəqliyyat sisteminin sürətlə böyüməsi vacibdir.
Yeni dəmir yolu dəhlizinin Türkmənistan ilə digər ölkələrin iqtisadi və sosial inkişafına təkan verəcəyini dilə gətirən Berdimuhamedov "Böyük İpək Yolu yenidən qurulur. Bu kəmər təkcə iki ölkə üçün deyil, Asiya, Avropa və qonşu ölkələrin inkişafına dəstək olacaq. Dövlətlərin iqtisadi cəhətdən inteqrasiyası ilə dostluqlarının möhkəmlənməsinə də xidmət edəcək"-deyib.
Berdimuhamedov "Beynəlxalq Asiya Dəmir Yolu Dəhlizi" kimi səciyyələndirilən xəttin Türkmənistan sərhədlərindəki Atamurat-İmamnazar arasında qalan 85 kilometrlik hissəsi ilə Əfqanıstanın Akina Sərhəd Qapısına qədər olan 3 kilometrlik hissəni əhatə edən cəmi 88 kilometrlik ilk hissə üçün bütün texniki imkanların yaradıldığını qeyd edib.
Türkmənistan-Əfqanıstan dostluğu
Əfqanıstanın dövlət başçısı Əşrəf Qəni isə yeni dəmir yolu dəhlizinin region ölkələri arasında ticarəti, dialoqu və dostluğu təsis edəcəyini vurğulayaraq bunları qeyd edib:
Bugün xüsusi və tarixi bir gündüü. Əfqanıstana ən yaxın ölkə olan Türkmənistanın uğurlarını, inkişafını yaxından izləyir, təqdir edirik. Əlaqələrimizi inkişaf etdirməyimizə təkan verəcək dəmir yolu dəhlizinin inşasında Türkmənistana təşəkkür edirik. Yaşasın Türkmənistan-Əfqanıstan dostluğu".
Ewaz Ali Arman