ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp milyarder iş adamı Vilbur Rossini Ticarət Nazirliyinə namizəd göstərib.
“Eurasia Diary” xarici KİV-ə istiandən xəbər verir ki, bu barədə Tramp yazılı açıqlamasında bildirib.
“Vilbur Ross Amerika sənayesinin çempionudur. O, şirkətlərə uğur qazanmaq üçün necə kömək etməyin lazım olduğunu bilir. Ross indiyə qədər tanıdığım ən yaxşı ekspertdir”,- deyə Tramp qeyd edib.
V. Ross təxminən 25 il dünya şöhrətli “Rothschild” firmasında işlədikdən sonra öz şirkətlərini qurub. O, ticarət nazirliyinə namizəd göstərilməsinə münasibət bildirib.
“Trampın hökumətinə namizəd olduğum üçün çox xoşbəxtəm. Xüsusilə də Stiven Mnuchin ilə birlikdə prezidentin iqtisadi inkişafı sürətləndirəcək strategiyalarını həyata keçirməyi səbrsizlikdə gözləyirəm”,- deyə Ross vurğulayıb.