Rza Zərrabın işinə baxan Nyu-Yorkun Cənub Bölgəsinin Prokuroru Preet Bharara bu gün ABŞ prezidenti Donald Tramp ilə görüşüb.
"Eurasia Diary"- nin xarici KİV-ə istinadən məlumatına görə, görüşdən sonra prokuror Bharara jurnalistlərə açıqlamalar verib.
O,Trampın istəyi ilə vəzifəsində qalacağını açıqlayıb.
Türkiyədə bizneslə məşğul olan Rza Zərrab İstanbuldan Mayamiyə gedərkən ABŞ-da saxlanılıb. Ona ABŞ-ı aldatmaq, İrana qarşı sanksiyaları pozmaq, bank saxtakarlığı və çirkli pulların yuyulması maddələri ilə cinayət işi açılıb. Rza Zərrabın işində bu gün yenilik edilib. Belə ki, onun məhkəməsi 16 Oktyabr 2017-ci il tarixinə qədər təxirə salınıb.