Kanadanın baş naziri Castin Trüdo bir il əvvəl hava limanında qarşılaşdığı suriyalı mühacirlə yenidən görüşüb.
Tərəflər Torontodakı restoranda bir araya gəlib. Mühacir baş nazirlə tanış olduğu anlardan danışarkən, Trüdo göz yaşlarına hakim ola bilməyib:
“Cənab baş nazirlə hava limanında qarşılaşanda, o, bizə iki kəlimə söylədi. Evinizə xoş gəldiniz. Bir il sonra Kanada vətəndaşı olduğum üçün qürur duyuram”.
Bu sözlər qarşısında duyğulanan baş nazir bildirib ki, mühacirlərin Kanadanı seçməsi hökumətin öz işinin öhdəsindən yüksək səviyyədə gəldiyini göstərir.