Amerikalı məşhur astronavt Con Qlenn 96 yaşında ölüb.
O, Ohayo ştatının Kolambus xəstəxanasında dünyasını dəyişib.
Qlenn dünya tarixində sovet kosmonavt Yuri Qaqarin və Germana Titovadan sonra orbital kosmik uçuş edən üçüncü adam olub.
Con Qlenn ikinci dəfə 77 yaşında, 1998-ci ilin payızında “Discovery” gəmisi ilə yenidən kosmosa uçub. Bununla Con kosmosda olmuş ən yaşlı insan adını da qazanıb. Eksperimentin məqsədi kosmosun qocalan orqanizmə təsirinin öyrənilməsi olub.