Rusiya ABŞ prezident seçkilərində Hillari Klintonla mübarizə aparan Donald Trampa dəstək vermək üçün məxfi addımlar atıb, Amerikanın kəşfiyyat qurumları belə hesab edir.
Məsələ ilə bağlı New York Times qəzetində dərc olunmuş məqalədə deyir ki, rəsmilər seçkilər vaxtı baş verən kibermüdaxilələrdə Rusiyanın əli olduğunu "böyük əminliklə" təsdiqləyib.
Lakin Donald Trampın komandası Mərkəzi Kəşfiyyat İdarəsinin dediklərilə razılaşmır.
"Bu həmin adamlardır ki, Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olduğunu deyirdi".
Məlumata əsasən Illinois və Arizona ştatının seçki bazaları da kibermüdaxiləyə məruz qalıb.
Seçkilər vaxtı o cümlədən ABŞ-ın bir sıra ştatlarında seçki ilə bağlı sistemlərə, o cümlədən seçici bazalarına müdaxilə qeydə alınıb.
Rusiya ABŞ seçkilərinə haker müdaxiləsi barədə iddiaları rədd edir.
Moskva son illərdə, o cümlədən Ukrayna və Gürcüstandakı münaqişələrdə hibrid müharibə üsulları və informasiya əməliyyatlarını sınaqdan keçirib.
Rusiya kəşfiyyatı hələ Soyuq Müharibə vaxtından bəri "fəal tədbirlər" və "təsir əməliyyatları" kimi üsullardan istifadə edib. Ancaq kiberməkan bu üsullardan istifadə etmək üçün tamamilə yeni sahədir.