Malaziyanın Kelantan ştatının sultanı V Məhəmməd bu gün ölkə kralı taxtına çıxıb.
2021-ci ilə qədər taxtda qalacaq V Məhəmməd ölkənin 1957-ci ildə müstəqillik qazanmasından sonra 15-ci hökmdar olub.
Konstitusiyaya əsasən, Malaziya kralı taxt-tacına ölkənin 9 ştatının sultanlarından biri 5 illik müddətə və rotasiya prinsipi əsasında sahib olur.
V Məhəmməd tacı Kedah ştatının sultanı Abdul Halim Muadzamdan təhvil alıb.
Qeyd edək ki, Malaziya kralı ölkənin Ali Başçısı sayılır. O həm də ölkə ordusunun Ali Baş Komandanıdır və Malaziyanı müxtəlif rəsmi tədbirlərdə təmsil edir.